Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
***
22 iyul, saat 20:30
Ağdam rayonunda açıq ərazidə baş verən yanğın davam edir.
Bakıvaxtı.az xəbər verir ki, yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.
19:11
Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
















