• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Gəncədə oğul anasını qətlə yetirməkdə şübhəli bilinir - YENİLƏNİB

HADİSƏ

21 Avqust 2026 | 21:05 | Müəllif: Gülşən Şərif

Gəncədə oğul anasını qətlə yetirməkdə şübhəli bilinir - YENİLƏNİB

Gəncədə 48 yaşlı Qərənfil Muxtarovanın qətlinin bəzi təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, qadının ilk olaraq xəstəlikdən vəfat etdiyi güman edilib.

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin mütəxəssiləri isə qadının boğularaq qətlə yetirilməsinə dair rəy veriblər.

Onu 24 yaşlı oğlu Elgün Mirzəyevin öldürdüyü ehtimal olunur.

Məlumat üçün bildirək ki, mərhum əslən Kəlbəcər rayonundandır. Gəncədə Yeni Qəsəbə adlanan ərazidə tək yaşayıb. O, Kəlbəcər Xəstəxanasında tibb bacısı işləyirmiş.

***

19:07

Gəncədə qadın qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yerləşdiyi Yeni Qəsəbə adlanan ərazidə baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb.

Qadının ölümündə oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026