• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"YouTube"un Azərbaycandakı bazar payı 3 dəfədən çox azalıb

CƏMİYYƏT

07 Oktyabr 2026 | 17:23 | Müəllif: Əli Hüseynov

"YouTube"un Azərbaycandakı bazar payı 3 dəfədən çox azalıb

Bu ilin sentyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un bazar payı 37,26 % təşkil edib.

Bakıvaxtı.az-ın "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, avqust ayına nisbətən 9,61 faiz bəndi, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 4,56 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 7,71 faiz bəndi az, il ərzində isə 8,23 faiz bəndiazalaraq 21,56 % təşkil edib. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (iyul-sentyabr aylarında azalma 3,4 dəfə təşkil edib).

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 1,3 faiz bəndi artaraq, illik isə 7,99 faiz bəndi azalaraq 12,32 % təşkil edib.

Dördüncü pillədəki "X"in bazar payı aylıq 0,72 faiz bəndi azalaraq, illik müqayisədə isə 12,23 faiz bəndi artaraq 11,02 % təşkil edib.

İlk beşliyi 7,69 %-lik bazar payı ilə "LinkedIn" qapayır. Sosial şəbəkənin bazar payı avqustda 1,93 faiz bəndi, il ərzində isə 0,6 faiz bəndi artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026