• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ-də 287 sərnişinin olduğu təyyarə tualetə görə təcili eniş etdi

DÜNYA

07 Oktyabr 2026 | 22:32 | Müəllif: Subhan Mahmudov

ABŞ-də 287 sərnişinin olduğu təyyarə tualetə görə təcili eniş etdi

“American Airlines” şirkətinə məxsus təyyarə bir neçə tualetin sıradan çıxması səbəbindən ABŞ-də təcili eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

Belə ki, hadisə oktyabrın 6-da, İspaniyanın Madrid şəhərindən ABŞ-nin Dallas şəhərinə uçuş zamanı baş verib.

“Boeing 777” tipli təyyarənin göyərtəsində 287 sərnişin olub. Tualetlərdən yalnız ikisi işlək vəziyyətdə qaldığı üçün pilotlar təyyarəni Nyu-Yorkda endirməyə məcbur olublar.

Eniş uğurla həyata keçirilib. Təxminən üç saatdan sonra təyyarə təyinat məntəqəsinə doğru uçuşunu davam etdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026