• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

İdmançımız dünya üçüncüsü oldu 

İDMAN

07 Oktyabr 2026 | 19:15 | Müəllif: Subhan Mahmudov

İdmançımız dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.

Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda qüvvəsini sınayacaq.

Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026