• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Oftalmoloqdan XƏBƏRDARLIQ: Telefona çox baxmaq...

CƏMİYYƏT

07 Oktyabr 2026 | 15:32 | Müəllif: Zeynəb Rzayeva

Oftalmoloqdan XƏBƏRDARLIQ: Telefona çox baxmaq...

“Uşağın bütün gün telefona baxmasına imkan verməyin”

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

O bildirib ki, yaxın məsafəyə uzun müddət baxmaq miyopiyanın artmasında əsas amillərdən biridir. Bu baxımdan valideynlərin uşaqların telefon istifadəsinə nəzarət etməsi vacibdir.

“Bu sizin cavabdehliyinizdir ki, uşaq telefona çox baxmasın. Dünyada miyopiyanın artmasının nömrə bir faktoru yaxına baxmaqdır. Genetika rol oynaya bilər, amma uşaq bütün gün telefona baxsa, mənfi dərəcənin artması mümkündür”. 

Həkim qeyd edib ki, uzun müddət telefona baxmaq göz quruluğu və göz əzələlərində spazm kimi problemlərə də səbəb ola bilər.

O, valideynlərə ilk növbədə uşağın telefon istifadəsini məhdudlaşdırmağı, şikayətlər davam edərsə, oftalmoloqa müraciət etməyi tövsiyə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026