• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

ABŞ-də Nidal Həsənin edam tarixi açıqlandı

DÜNYA

07 Oktyabr 2026 | 18:41 | Müəllif: Subhan Mahmudov

ABŞ-də Nidal Həsənin edam tarixi açıqlandı

Nidal Həsənin edamı 2026-cı il dekabrın 3-də Texas ştatının “Fort Hud” hərbi bazasında baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ordu katibinin səlahiyyətlərini icra edən Adam Telle özünün X səhifəsində yazıb.

Məlumata görə, İkinci Dünya Müharibəsindən bəri ilk dəfə Amerika əsgəri edam olunacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə “Fort Hud” hərbi bazasına hücumda təqsirli bilinən Nidal Malik Həsənin edamını təsdiqləyib.

Keçmiş ordu mayoru və psixiatr Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də “Fort Hud”da atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, atəş açan zaman "Allahu Əkbər" qışqırıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026