• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ÜST İrkutskda xəstəxanadan kənar pnevmoniya halı ilə bağlı təhlükə görmür

DÜNYA

07 Oktyabr 2026 | 16:19 | Müəllif: Əli Hüseynov

ÜST İrkutskda xəstəxanadan kənar pnevmoniya halı ilə bağlı təhlükə görmür

Ümumdünya Səhiyyə Təşkilatı İrkutskda xəstəxanadan kənar pnevmoniya halı ilə bağlı təhlükə görmür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının və İnsan Rifahının Müdafiəsi üzrə Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb.

    Bildirilib ki, İrkutsk vilayəti, İrkutsk və Şelехov şəhərlərində vəziyyət sabitdir. Təmasda olan şəxslərin 90 faizindən çoxu tibbi müşahidəni başa çatdırıb və onlarda yoluxucu xəstəlik əlamətləri aşkarlanmayıb.

    Məlumata görə, tibb işçiləri tərəfindən təxminən 5 min analiz aparılıb və təhlükəli patogenlər aşkar edilməyib. İnstitutda keçirilən yoxlamalar zamanı da bioloji təhlükəsizlik qaydalarının pozulması müəyyən olunmayıb.

    Rospotrebnadzor vurğulayıb ki, zəruri profilaktik tədbirlər görülüb və əhali üçün epidemioloji təhlükə yoxdur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Noyabr 2026