Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxacaq.
Bakıvaxtı.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda serbiyalı Mihaylo Siminə məğlub olub.
Azərbaycan təmsilçisi təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçlə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
















