Rusiya müharibənin 1687-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 255 428 PUA-sı, 672 zenit-raket kompleksi, 31 150 tank və digər zirehli texnikası, 1 784 reaktiv yaylım atəş sistemi, 36 651 artilleriya və minaatanı, 73 859 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
















