• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

38 dərəcə isti olacaq - SABAHIN HAVASI

CƏMİYYƏT

23 Iyul 2026 | 12:15

38 dərəcə isti olacaq - SABAHIN HAVASI

İyulun 24-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Iyul 2026