• Bakı 28° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Bu yay Azərbaycanda heç kim qarpızdan zəhərlənməyib - AÇIQLAMA

CƏMİYYƏT

22 Avqust 2026 | 11:29

Bu yay Azərbaycanda heç kim qarpızdan zəhərlənməyib - AÇIQLAMA

2026-cı ilin yay mövsümündə Azərbaycanda qarpız istehlakı ilə əlaqəli təsdiqlənmiş zəhərlənmə halı qeydə alınmayıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yay mövsümündə qarpız istehlakından sonra zəhərlənmə şübhəsi ilə bağlı Agentliyə daxil olan müraciətlər araşdırılıb. “Aparılan araşdırmaların nəticələrinə əsasən, qarpız istehlakı ilə əlaqəli zəhərlənmə halı təsdiqlənməyib”, - məlumatda qeyd olunub. AQTA istehlakçılara qarpız və digər mövsümi məhsulları etibarlı satış məntəqələrindən almağı, məhsulların xarici görünüşünə və gigiyenik vəziyyətinə, eləcə də satış və saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026