• Bakı 32° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Peşə təhsilində 5 yeni ixtisas yaradılır

CƏMİYYƏT

23 Iyul 2026 | 11:06

Peşə təhsilində 5 yeni ixtisas yaradılır

Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq peşə təhsilində bu ildən 5 yeni ixtisas üzrə tədrisə başlanılacaq. Yeni ixtisaslar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustasını əhatə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə deyib.

Eyni zamanda beynəlxalq sertifikat proqramlarının əhatə dairəsi genişləndirilir. Code Academy, Baku Design Academy, IMZA Group və KVET Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 7 ixtisas üzrə beynəlxalq sertifikat əldə etmək mümkün olacaq. Bu ixtisaslar sırasında kibertəhlükəsizlik, interyer dizaynı, qrafik dizayn, veb-dizayn və proqram təminatı, İT üzrə texniki dəstək, mühasibat uçotu və elektrik qaz qaynaqçılığı yer alır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026