• Bakı 27° C

    1.28 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Macarıstanın baş prokuroru istefa verib

DÜNYA

22 Iyul 2026 | 18:57

Macarıstanın baş prokuroru istefa verib

Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.

Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb.

"Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim", - baş prokuror bildirib.

Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin "daha bir Orbandan xilas olduğunu" bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR