• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

ABŞ generalı Odessaya səfər edib

DÜNYA

21 Avqust 2026 | 18:11 | Müəllif: Gülşən Şərif

ABŞ generalı Odessaya səfər edib

ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi general Keyt Kelloq Odessaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Kelloq Ukraynanın aqrar siyasət naziri Taras Vısotski, Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiper və Ukrayna Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksey Neyjpapa ilə Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbələri fonunda Odessa limanının fəaliyyətini, eləcə də Ukraynadan taxıl ixracı imkanlarını müzakirə edib.

Tərəflər həmçinin Odessa bölgəsində liman infrastrukturunun bərpası və ABŞ-Ukrayna İnvestisiya Bərpası Fondu çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026