• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moskvada “Sadovod” bazarı dron hücumuna məruz qalıb

DÜNYA

20 Sentyabr 2026 | 15:27 | Müəllif: Ayyət Əhməd

Moskvada “Sadovod” bazarı dron hücumuna məruz qalıb

Ukrayna Ordusunun Moskvaya dron hücumu zamanı “Sadovod” bazarı zərər görüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin vurduğu dronun qalıqları “Sadovod” Ticarət Mərkəzinin birinci sırasının damına düşüb.

    Nəticədə yanğın baş verib. Qısa müddətdə yanğın söndürülüb. Ticarət mərkəzində çalışan azərbaycanlı sahibkarlar APA-ya açıqlamasında mağazaların müvəqqəti bağlandığını, səhər saat 10-dan sonra onların ticarət mərkəzinə buraxıldıqlarını söyləyiblər. Qeyd edək ki, Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı Zavodu və “Sadovod” bazarı yaxın məsafədə yerləşirlər. Neft emalı zavodunu hədəf alan dronların qalığının ticarət mərkəzinə düşdüyü bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026