• Bakı 13° C

    1.18 m/s

Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırır

DÜNYA

20 Oktyabr 2026 | 15:17 | Müəllif: Gülşən Şərif

Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırır

Cənubi Koreya Ukraynadakı diplomatik heyətinin bir hissəsini geri çağırmaq qərarına gəlib. 

Bakıvaxtı.az Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, iki ölkə arasında diplomatik kanallar vasitəsilə zəruri ünsiyyətin davam etdirilməsi və müvəqqəti işlər vəkilinin aparıcı rol oynaması planlaşdırılır. Konsulluq idarələrində və şöbələrindəki bütün işçilər Cənubi Koreya vətəndaşlarına kömək etməyə davam edəcəklər.

"Ukrayna tərəfinin heç bir konstruktiv tədbir görmədiyini nəzərə alsaq, hökumət Ukrayna ərazisində hava hücumları təhlükəsi ilə əlaqədar təhlükəsizlik problemləri səbəbindən diplomatik nümayəndəliklərdən bəzi işçiləri geri çağırmaq qərarına gəlib", - Nazirlikdən bildirilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026