NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Dragone səkkiz ildən sonra ilk dəfə Ukraynaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixaylo Drapatiy məlumat verib.
Səfərin oktyabr ayında baş tutacağı gözlənilir.
Drapatiy NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Dragone ilə ilk dəfə telefon danışığı apardığını bildirib. Onun sözlərinə görə, söhbət zamanı cəbhədəki vəziyyət və Ukrayna tərəfinin əsas hərbi prioritetləri müzakirə olunub.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı NATO Hərbi Komitəsinin Ukraynaya sonuncu analoji səfərinin səkkiz il əvvəl baş tutduğunu xatırladıb.
Günəş Mərd




