Portuqaliyada ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəyə qadağa qoyulub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Antoniu Joze Sequro parlamentin iyul ayında qəbul etdiyi qanunu imzalayıb. Yerli mediada bu sənəd "niqab haqqında qanun" kimi təqdim olunur.
Yeni qaydalara əsasən, insanları dini, cinsi, yaş və ya mənşə səbəbilə üzü örtən geyimlərdən istifadə etməyə məcbur etmək də qadağandır.
Qadağanı pozan şəxslər 150-3000 avro arasında cərimələnə bilər. Sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə əlaqədar geyimlər isə məhdudiyyətə daxil edilmir.




