• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Paris və Vaşinqton arasında ada QALMAQALI

DÜNYA

20 Sentyabr 2026 | 15:09 | Müəllif: Ayyət Əhməd

Paris və Vaşinqton arasında ada QALMAQALI

Fransa Prezidenti Emmanuel Makron Şimali Atlantika okeanında yerləşən Sen-Pyer və Mikelon arxipelaqının Fransa ərazisi olduğunu və bu məsələnin müzakirə mövzusu ola bilməyəcəyini bəyan edib.

Bakıvaxtı.az  xəbər verir ki, Yelisey sarayının rəhbəri ərazinin suverenliyi ilə bağlı birmənalı mövqe ortaya qoyub.

Makron açıqlamasında bu strateji arxipelaqın Fransanın tərkibində qalacağını qətiyyətlə vurğulayıb. Fransalı liderin bu bəyanatı ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə paylaşdığı xəritədən dərhal sonra gəlib.

Qeyd edək ki, bir qədər əvvəl Donald Tramp tərəfindən təqdim olunan xəritədə Kanada sahillərinə yaxın yerləşən Sen-Pyer və Mikelon adaları ABŞ ərazisi kimi göstərilmiş, bu fakt isə Parisdə kəskin narazılıq və siyasi reaksiya doğurmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026