• Bakı 26° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Fransa ötən il 21,2 milyard avro dəyərində silah ixrac edib

DÜNYA

21 Avqust 2026 | 18:08

Fransa ötən il 21,2 milyard avro dəyərində silah ixrac edib

Fransa 2025-ci ildə 21,2 milyard avro dəyərində silah ixrac edərək tədarük həcmini əvvəlki ilin göstəricisi səviyyəsində saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa mətbuatı parlamentin hesabatına istinadən yazır.

Sifarişlərin həcmi 2024-cü ildəki 21,6 milyard avroluq göstərici ilə müqayisədə yalnız bir qədər azalıb. Silah satışları ölkənin 26,9 milyard avro dəyərində silah satdığı 2022-ci ilin rekord göstəricilərindən cüzi miqdarda azdır.

Xüsusilə ötən il Fransa Hindistan Hərbi Dəniz Qüvvələri üçün 26 "Rafale" qırıcısı və silah, İndoneziya üçün iki "Scorpène" sualtı qayığı və Yunanıstan üçün freqat tədarükü haqqında müqavilə bağlayıb.

Digər iri sazişlər arasında Mərakeşə "Caracal" helikopterlərinin, Lüksemburqa hərbi rabitə peykinin, Belçika və Lüksemburqa "Scorpion" zirehli maşınlarının, Sloveniya və Xorvatiyaya "Caesar" artilleriya sistemlərinin, Rumıniya, Belçika, Danimarka, Estoniya və Kiprə isə "Mistral" HHM raketlərinin tədarükü yer alır.

Fransa silahlarının ixrac həcmindəki artım 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra Avropada hərbi xərclərin artması fonunda baş verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR