• Bakı 28° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

"Neftçi"yə 2 qol vuran erməni futbolçudan açıqlama

İDMAN

23 Iyul 2026 | 10:17

Neftçiyə 2 qol vuran erməni futbolçudan açıqlama

"Neftçi" 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayıb. "Ağ-qaralar" turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk "Dinamo"su ilə üz-üzə gəlib. Bakıda keçirilən görüşə əvvəlcə "Neftçi" erkən qollarla başlasa da, sonradan 4 qol buraxaraq uduzub.

Bakıvaxtı.az-ın məlumatına görə, "Dinamo" Bakı klubu ilə oyuna erməni əsilli futbolçusu Karen Vardanyanı da gətirib. Vardanyan start heyətdə oynayıb. 

O, "Neftçi"yə 36 və 57-ci dəqiqələrdə iki qol vurub.

Erməni futbolçu oyundan sonra Bakıda jurnalistlərə açıqlama verib: "Düşünürəm ki, komandamız xarakter göstərdi və bu, oyunun taleyini həll etdi. 0:2 geridə olanda sınmadıq".

- Rəqibi zəif görmək kimi ehtimal varmı?

- Xeyr, əsla. Bu, yaxşı futbolçuları olan güclü komandadır. Heç bir halda arxayınlıq olmayacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.

- Bu oyun karyeranızda yaddaqalan olacaq?

-Bəli, əlbəttə.

-Bu gün Bakıda qol vurmaq sizin üçün prinsipial idi?

- Xeyr, Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur. Mənim üçün bu, sadəcə çox vacib Konfrans Liqası oyunu idi. Rəqibin "Sabah" və ya başqa komanda olmasının fərqi yox idi.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026