• Bakı 25° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

“Fənərbağça”nın qapıçısı "Barselona"da oynayacaq

İDMAN

21 Avqust 2026 | 20:36

“Fənərbağça”nın qapıçısı "Barselona"da oynayacaq

“Barselona” “Fənərbağça”nın və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçlə icarə əsasında əməkdaşlığın şərtlərini razılaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Kataloniya klubu xorvatiyalı futbolçu ilə şifahi razılığa gəlib. Söhbət 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan icarədən gedir.

“Barselona” gələn yay Voyçex Şçesnını əvəzləmək üçün Livakoviçin transfer hüquqlarını tam almağı planlaşdırır.

Transferin məbləği 2 milyon avro olaraq qiymətləndirilir. Bundan əlavə, müqavilədə daha 2 milyon avro bonus nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR