• Bakı 29° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Bab-əl Məndəbdə münaqişə neft bazarında şok yaratdı

DÜNYA

23 Iyul 2026 | 08:57

Bab-əl Məndəbdə münaqişə neft bazarında şok yaratdı

Ənsər-Allah hərəkatının Qırmızı dənizdə mühüm keçid olan Bab-əl Məndəb boğazında Səudiyyə Ərəbistanının tankerlərini vurması dünya neft bazarında ciddi təşvişə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Londonun ICE birjasında Brent nefti 3 dollardan çox bahalaşaraq 96 dolları, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 2 dollar artmaqla 89 dolları keçib.

Qeyd edək ki, Bab-əl Məndəb dünya neft bazarının əsas təchizatçılarından olan Ər-Riyadın bazara Hörmüzdənkənar yeganə çıxış imkanıdır. ABŞ-İran münaqişəsi başlanandan bəri Səudiyyə nefti ixracının əsas hissəsini bu boğazla dünya bazarın çıxarırdı.
ABŞ-la İran arasında münaqişənin yenidən alovlanması fonunda Tehran Husilərin timsalında bölgədəki digər proksi qüvvələrini prosesə qoşmaqla enerji qiymətlərini artırmaq və Donald Tramp hakimiyyətinə təzyiq formalaşdırmağa çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026