• Bakı 15° C

    2.18 m/s

Ankarada mədəndə uçqun: 19 yaralı - YENİLƏNİB

DÜNYA

21 Avqust 2026 | 22:51 | Müəllif: Gülşən Şərif

Ankarada mədəndə uçqun: 19 yaralı - YENİLƏNİB

 Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində baş verən uçqun nəticəsində yaralananların sayı 19-a yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər həlak olub. Məlumata görə, hadisəyə mədən sahəsində yerləşən tikililərdən birinin tavanın çökməsi səbəb olub. Tavanın çökməsi mədəndə uçqunun baş verməsi ilə nəticələnib.

"Hadisənin səbəbini müəyyən etmək üçün lazımi araşdırmalar həyata keçirilir", - məlumatda qeyd olunub.

***

20:27

Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində uçqun baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir işçi ölüb, çox sayda xəsarət alan var.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Uçqunun səbəbləri və yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026