• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əsəd ordusunun generalı saxlanıldı

DÜNYA

20 Sentyabr 2026 | 20:21 | Müəllif: Əli Hüseynov

Əsəd ordusunun generalı saxlanıldı

Devrilmiş prezident Bəşər Əsəd dövründə Respublika Qvardiyasında yüksək vəzifə tutan keçmiş general-mayor Əhməd Məhəmməd İsmayıl Suriyada saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırkı Suriya hökuməti onun vətəndaş müharibəsi zamanı silahlı müxalifət qüvvələrinin nəzarətində olan ərazilərə qarşı hərbi əməliyyatlara rəhbərlik etdiyini bildirir.

Təhlükəsizlik qüvvələri İsmayılın saxlanıldığını elan edərək onu "keçmiş rejim ordusunun Respublika Qvardiyasının keçmiş general-mayoru və yüksək rütbəli komandiri" kimi təsvir edib.

Hərbi qeydlərə görə, İsmayıl xidmətə tağım komandiri kimi başlayıb və daha sonra 101-ci Hava-Desant Alayının 2-ci batalyonunda bir bölük komandiri olub. 2016-cı ilin əvvəlində o, bölmənin əməliyyat rəisi olub. Suriya hökuməti iddia edir ki, İsmayıl Hələb, Dəra və Şərqi Qutada hərbi əməliyyatlara birbaşa rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026