• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərbil hava limanı PUA hücumuna məruz qalıb

DÜNYA

20 Sentyabr 2026 | 19:43 | Müəllif: Əli Hüseynov

Ərbil hava limanı PUA hücumuna məruz qalıb

Bu gün Ərbil hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, Ərbildə bir neçə partlayış səsi eşidilib.

    Digər mənbələr isə Ərbil hava limanının yaxınlığında güclü partlayış baş verdiyini və bundan sonra havaya tüstü buludlarının qalxdığını bildiriblər.

    Bu arada “Reuters“ təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, İraqın Kürdüstan Regional Administrasiyasında Ərbil hava limanının yaxınlığında hava hücumundan müdafiə sistemləri bir dronu vurub.

    “Al-Ahad” dronun Ərbil hava limanının ətrafını hədəf aldığını yazıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026