• Bakı 26° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Türkiyənin 4 vilayətində meşə yanğını baş verdi

DÜNYA

22 Iyul 2026 | 23:25

Türkiyənin 4 vilayətində meşə yanğını baş verdi

Türkiyədə davam edən yüksək hava temperaturu ölkə üzrə meşə yanğınlarının artmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, son olaraq ölkənin dörd vilayətdə meşə yanğını baş verib. Onlardan üçü söndürülüb, hazırda soyutma işləri aparılır.

Muğla vilayətinin Fethiye rayonunda isə alovlarla mübarizə davam edir.

Bu gün yerli vaxtla saat 12:30 radələrində yaşayış məntəqələri yaxınlığında meşəlik ərazidə başlayan yanğın səbəbindən bir məhəllə boşaldılıb.

Yanğına havadan 14 helikopter və 5 təyyarə, qurudan isə 21 yanğınsöndürən maşın (arazöz), 9 su tankeri, 3 buldozer və 200 nəfərdən ibarət briqadalarla müdaxilə edilir.

Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026