• Bakı 14° C

    2.37 m/s

Berlində gizli silah anbarı aşkarlandı

DÜNYA

21 Avqust 2026 | 21:51 | Müəllif: Gülşən Şərif

Berlində gizli silah anbarı aşkarlandı

Almaniya Baş Prokurorluğu Berlin yaxınlığında ölkədə təxribat törətmək üçün nəzərdə tutulduğu iddia edilən silah anbarının aşkarlanmasından sonra cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, kəşfiyyat fəaliyyəti nəticəsində dövlət təhlükəsizliyini təhdid edən ağır cinayətin hazırlanması şübhəsi ilə Rumıniyada bir nəfər saxlanılıb.

"Onun terror aktı planlaşdırdığını güman etmək olar. Bu işdə xarici dövlətlərin iştirakı istisna edilmir", - məlumatda qeyd olunur.

Gizlin silah anbarını Almaniya əks-kəşfiyyatı idarəsi aşkarlayıb. Anbarda tapança və sursatlar olub. Hüquq-mühafizə orqanları silahların mümkün alıcılarını müəyyən etmək üçün gizli yeri nəzarət altına alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026