• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Moped sürənlərin NƏZƏRİNƏ: Dövlət rüsumları  müəyyənləşdi

CƏMİYYƏT

23 Iyul 2026 | 13:40

Moped sürənlərin NƏZƏRİNƏ: Dövlət rüsumları  müəyyənləşdi

Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbula görə 20 manat rüsum ödəniləcək.

    Həmçinin, qanuna əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrılıqda 30 manat rüsum müəyyən edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Iyul 2026