"2026–2027-ci tədris ili üçün dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil haqları açıqlanıb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ənənəvi proqramlar üzrə ilk peşə təhsili üçün illik təhsil haqqı 500–800 manat, texniki peşə təhsili üzrə 500–1700 manat, yüksək texniki peşə təhsili üzrə isə 1280–2710 manat müəyyən edilib.
Sənaye tərəfdaşları ilə birgə həyata keçirilən sertifikat proqramlarında illik təhsil haqqı 2500–6500 manat arasında dəyişir.
Agentlik sədri bildirib ki, tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində 3 peşə təhsili müəssisəsində 7 beynəlxalq sertifikat proqramı təklif olunur.
Zeynəb Rzayeva
Bakı 



