• Bakı 26° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO

CƏMİYYƏT

23 Iyul 2026 | 00:50

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO

Ölü doğulan uşağının "Vital Klinika"nın atıldığını iddia edən kişi danışıb.

Bakıvaxtı.az xəbər verir ki, ata-Abdulla Kərimov hadisənin detalları haqda məlumat verib.

Həkim-ginekoloq Çinarə Gülməmmədova ana-Fərqanə Kərimovanı yalnız ayın 17-si əməliyyat günü “Vital Klinika”da gördüyünü bildirsə də, A. Kərimov onun bu sözlərini təkzib edib.

Bildirib ki, “Vital Klinika”da həqiqətən ilk dəfə doğuş günü olublar, lakin həmin həkim xanımını yanvar ayından bəri Nəsrəddin Tusi adına klinikada müayinə edib.

Kişi bununla bağlı yazışma və müayinə kağızlarını da göstərib.

Qeyd edək ki, hazırda bütün fakt və təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026