• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Bu oyunlar uşaqların beynini inkişaf etdirir - AÇIQLAMA

CƏMİYYƏT

22 Iyul 2026 | 15:30

Bu oyunlar uşaqların beynini inkişaf etdirir - AÇIQLAMA

"Virtual oyun seçimi zamanı valideynlərin uşaqlarla açıq ünsiyyət qurması və onların maraqlarını nəzərə alması sağlam inkişaf baxımından mühüm əhəmiyyət daşıyır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, oyun seçimi yalnız valideynin istəyi ilə müəyyənləşdirilməməli, uşağın maraqları da nəzərə alınmalıdır.

Psixoloq qeyd edib ki, valideyn uşağa hansı oyunun xoşuna gəldiyini və bunun ona nə qazandırdığını soruşmalıdır. Eyni zamanda, həmin oyunun mümkün mənfi tərəflərini də sakit və izahlı şəkildə başa salmaq lazımdır:

"Yeniyetmələr adətən özlərinə daha çox güvənirlər və onlara mənfi təsir olmayacağını düşünürlər. Buna görə də bu dövrdə valideynlər səbirli və anlayışlı davranmalıdırlar”.

Dediyinə görə, yeniyetməlik dövrü uşağın müstəqilləşməyə başladığı mərhələdir və valideynlərin bu prosesi düzgün idarə etməsi vacibdir.

“Bu mərhələdə məqsəd uşağın gələcəkdə real həyata uyğunlaşmasına, uğurlarını və uğursuzluqlarını sağlam şəkildə qəbul etməsinə kömək etməkdir. Valideynlər övladları ilə birlikdə oyun oynaya, onların əldə etdiyi uğurları müzakirə edə bilərlər”, – deyə o vurğulayıb.

Psixoloqun sözlərinə görə, xüsusilə simulyasiya, məntiq, söz və assosiasiya oyunları uşaqların təxəyyülünü, idrakını və problem həll etmə bacarıqlarını inkişaf etdirir.

“Simulyasiya oyunları uşaqlara müxtəlif peşələri, heyvanlara qulluq etməyi, ev qurmağı və gündəlik həyat bacarıqlarını öyrənməyə kömək edir. Məntiq və söz oyunları isə onların intellektual inkişafına müsbət təsir göstərir”, – deyə Elnarə Baxışlı əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026