• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

İtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİB

CƏMİYYƏT

21 Avqust 2026 | 13:41

İtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİB

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Məhərrəmov Vaqif Mənsim oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhid hərbçi Vaqif Məhərrəmovla Neftçala şəhərində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

    Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Cənazə namazı qılınıb. Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Astanlı kənd qəbiristanlığında - Şəhidlər cərgəsində torpağa tapşırılıb.

    Qeyd edək ki, Vaqif Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

    ***

    13:13

    Neftçala şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vaqif Məhərrəmovla vida mərasimi keçirilib.

    Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Vaqif Mənsim oğlu Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

    V.Məhərrəmov Neftçala şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək. (Report.az)


    İtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİBİtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİBİtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİBİtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİBİtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİBİtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİBİtkin-şəhid Vaqif Məhərrəmov dəfn olundu - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Avqust 2026