• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO

CƏMİYYƏT

20 Sentyabr 2026 | 11:43 | Müəllif: Ayyət Əhməd

DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malikdir.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

    Qeyd edilib ki, onların döyüş yolu - şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026