• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Uşaqlar niyə müntəzəm tibbi müayinədən keçməlidir?

CƏMİYYƏT

20 Oktyabr 2026 | 10:26 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlar niyə müntəzəm tibbi müayinədən keçməlidir?

“Mütəşəkkil uşaq müəssisələrində icbari dispanserizasiya uşaqların sağlam inkişafının əsas təminatlarından biridir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio” nun “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova deyib.

Onun sözlərinə görə, uşaqlıq dövründə sağlamlıq vəziyyətinin sistemli izlənilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi gələcəkdə sağlam nəslin formalaşması üçün mühüm şərtlərdəndir. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri, internatlar, uşaq evləri və digər təşkilatlanmış uşaq kollektivlərində icbari dispanserizasiya aparılır.

Dispanserizasiya yalnız xəstə uşaqların qeydiyyatını deyil, həmçinin sağlam uşaqların müntəzəm tibbi müşahidəsini, fiziki və psixi inkişafın qiymətləndirilməsini, yoluxucu və qeyri-yoluxucu xəstəliklərin erkən aşkarlanmasını, immunoprofilaktikanın vəziyyətinin yoxlanılmasını və risklərin azaldılmasına yönəlmiş tədbirləri əhatə edir.

Mərkəz bu prosesə sanitariya-epidemioloji nəzarət edir, metodiki dəstək göstərir, profilaktik müayinələrin və peyvənd tədbirlərinin vaxtında icrasına diqqət yetirir, laborator müayinələrin təşkilini və aşkar olunan problemlərlə bağlı tibb müəssisələri ilə əlaqələndirməni təmin edir.

S. Talıbova valideynləri və təhsil müəssisələrini uşaqların icbari dispanserizasiyasında fəal iştirak etməyə çağırıb. Müntəzəm profilaktik müayinələr xəstəliklərin erkən aşkarlanması və gələcək sağlamlıq risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026