• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Hacıqabuldakı qəzada yaralananların DURUMU

CƏMİYYƏT

21 Avqust 2026 | 12:57 | Müəllif: Zeynəb Rzayeva

Hacıqabuldakı qəzada yaralananların DURUMU

Xəbər verdiyimiz kimi, Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (5 kişi, 4 qadın) 21.08.2026-cı il tarixində saat 07:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, 1 nəfərin vəziyyəti ağır, 8 nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026