2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 59 min 656,9 ton duz istehsal edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 25,3% artım olub. Avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 26,8 ton olub.
Qeyd edək ki, hesabat dövründə ölkədə 41,8 min ton qida duzu istehsal edilib. Ötən ilə nisbətən istehsalda 10,9% azalma olub. Avqustun əvvəlinə hazır məhsul ehtiyatı 1,2 ton olub.




