ABŞ-nin İrana qarşı müharibəsi hazırda 37,5 milyard dollara başa gəlir və Donald Tramp administrasiyası əlavə maliyyələşdirmə axtarır.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
O, Senatın Təxsisatlar Komitəsində İranla müharibə üçün əlavə maliyyələşdirmənin təcili və zəruri olduğunu bildirib:
"Bu vəsait olmadan ciddi çatışmazlıqla qarşılaşacağıq".
Xatırladaq ki, iyun ayında Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Rassel Vut qanunvericilərə İranla müharibənin Amerika vergi ödəyicilərinə təxminən 30 milyard dollara başa gəldiyini bildirib.
Gülşən Şərif
Bakı 



