Yaponiyanın Şizuoka prefekturasında yerləşən gəmiqayırma zavodunda yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Yaponiyanın ictimai televiziyasının məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, azı 9 nəfər yaralanıb.
Yanğın tikinti mərhələsində olan gəmidə başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, polis isə insidentin səbəblərini araşdırır.
Yaralanan şəxslər dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, yanğının səbəbi hələlik məlum deyil.
Günəş Mərd




