• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Rusiya Ukraynanın silah anbarlarına ZƏRBƏ ENDİRDİ  

DÜNYA

21 Avqust 2026 | 11:37

Rusiya Ukraynanın silah anbarlarına ZƏRBƏ ENDİRDİ

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Reni limanında silah, hərbi texnika və digər hərbi təchizatın saxlandığı anbarlara zərbələr endirildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr avqustun 21-nə keçən gecə hücum PUA-ları vasitəsilə həyata keçirilib.

“21 avqust gecəsi pilotsuz uçuş aparatları Reni limanında silah, hərbi texnika və əmlakın saxlandığı anbarlara zərbələr endirib”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Reni limanı Ukraynanın Dunay çayının sahilində, Rumıniya sərhədi yaxınlığında yerləşən mühüm logistika mərkəzlərindən biridir. Son günlər Odessa vilayətinin liman infrastrukturu Rusiya zərbələrinin hədəfində olub. 

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026