“Lufthansa” aviaşirkətinin Frankfurt-Çikaqo reysini həyata keçirən təyyarəsi göyərtədə yaranan tibbi təcili vəziyyətlə əlaqədar marşrutunu dəyişərək Şotlandiyaya məcburi eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, göyərtəsində 358 sərnişin olan “Boeing 747-8” təyyarəsi Frankfurt aeroportunda havaya qalxdıqdan sonra Şimali Atlantika üzərində olarkən sərnişinlərdən birinin səhhətində problem yaranıb. Sərnişinə mümkün qədər operativ tibbi yardım göstərilməsi üçün pilotlar hava təcili vəziyyəti elan edərək Qlazqo aeroportuna eniş ediblər.
Yanacaq doldurulduqdan və xəstə sərnişinə tibbi yardım göstərildikdən sonra uçuşun Çikaqoya davam etdirilməsi planlaşdırılsa da, Qlazqoda yubanma ekipajın qanunla müəyyən edilmiş iş vaxtını aşmasına səbəb olub. Nəticədə təyyarə Frankfurta qayıdıb və sərnişinlər alternativ reyslərə yönləndirilib.
Bakı 



