• Bakı 22° C

    6.12 m/s

Livanda İsrail əsgərləri minaya düşdü

DÜNYA

19 Sentyabr 2026 | 19:31 | Müəllif: Gülşən Şərif

Livanda İsrail əsgərləri minaya düşdü

İsrail ordusunun zirehli texnikası Livanın cənubunda partladılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, hadisə İsrail ordusunun nəzarətində olan Livanın cənubundakı sözdə təhlükəsizlik zonasında baş verib. İsrail tərəfinin məlumatına görə, avtomobil şiə Hizbullah hərbi birləşmələrinin üzvləri tərəfindən yerləşdirilmiş partlayıcı qurğu ilə partladılıb.

Partlayış nəticəsində iki İsrail əsgəri yüngül yaralanıb və müalicə üçün xəstəxanaya aparılıb.

Mətbuat xidmətinin məlumatına görə, cavab olaraq İsrail ordusu Livanın bir neçə ərazisində Hizbullahın hərbi infrastruktur obyektlərinə zərbələr endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026