Amerikalı müğənni Selena Qomez elektron siqaretdən istifadəni dayandırdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçinin sözlərinə görə, veypinqdən imtina etmək onun üçün çətin olub.
O, elektron siqaretdən tez-tez istifadə etdiyini və bu vərdişdən qurtulmaqda çətinlik çəkdiyini bildirib.
Qomez səsində baş verən dəyişiklikdən sonra veypinqi tamamilə dayandırmaq qərarına gəldiyini deyib. O, insanları elektron siqaretdən uzaq durmağa çağırıb:
“Sadəcə demək istəyirəm ki, siqaret çəkirsinizsə və ya veyp istifadə edirsinizsə, buna dəyməz. Bu, çox axmaqlıqdır. Səsim dəyişib. Əgər səsimi eşitməyi xoşlamırsınızsa, bunu başa düşürəm. Sadəcə qulaq asmayın”, - deyə sənətçi bildirib.
Murad İsmayıl
















