• Bakı 30° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Gəncədə ev yandı 

HADİSƏ

21 Avqust 2026 | 09:37

Gəncədə ev yandı

Gəncədə yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.

    Belə ki, sözügedən küçədə yaşayan şəhər sakini 1976-cı il təvəllüdlü E.İsgəndərovaya məxsus ümumi sahəsi 80 kv metr olan 3 otaqlı fərdi yaşayış evindən qəfl yanğın başlayıb.

    Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.

    Qısa müddət ərzində alovun qarşı yanğınsöndürənlər tərəfindən alınıb.Yanğın zamanı 80 kv.m olan bir 3 otaqlı evin 80 kv metr dam örtüyü yanıb.

    Evin əşyaları, otaqlar və qonşuluqda olan evlər yanğın söndürənlər tərəfindən mühafizə edilib.

    Yanğın nəticəsində xəsarət alan olmayıb.

    Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.

    Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Avqust 2026