• Bakı 26° C

    11.38 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi

İQTİSADİYYAT

20 Avqust 2026 | 21:43

Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi

 Norveç ABŞ-ni geridə qoyaraq Avropa İttifaqının əsas qaz tədarükçüsünə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Eva Hrtsinova Brüsseldə keçirilən brifinqdə deyib.

"Biz hazırda əsasən qazı Norveç və ABŞ-dən alırıq. Norveçdən bir qədər çox alırıq", - deyə o bildirib.

AK nümayəndəsi həmçinin Avropa İttifaqının istilik mövsümü ərəfəsində qaz anbarlarını doldurmağa hazırlaşdığını qeyd edib. O əlavə edib ki, bu proses əvvəlki illərlə müqayisədə bir qədər yavaş getsə də, vəziyyət qənaətbəxşdir.

"Etiraf edə bilərəm ki, temp əvvəlki illərlə müqayisədə bir qədər yavaşdır, lakin əslində hər şey yaxşı gedir və bu günə olan məlumata görə, biz 62%-ə çox yaxınıq", - deyə Hrtsinova bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətlə bağlı narahatlıq üçün əsas yoxdur.

"Biz qaz anbarlarının tam doldurulmasına can atmırıq. Adətən biz bu anbarları yalnız 80%-dək doldururuq. Yəni hədəf səviyyəsi 80%-dir. Dediyim kimi, biz 62%-ə yaxınlaşırıq", - deyə Hrtsinova əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR