• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ-nin tarixində ilk: 40 trilyon dolları keçdi

İQTİSADİYYAT

20 Avqust 2026 | 14:56 | Müəllif: Əli Hüseynov

ABŞ-nin tarixində ilk: 40 trilyon dolları keçdi

Amerika Birləşmiş Ştatlarının ümumi dövlət borcu tarixdə ilk dəfə olaraq 40 trilyon dollar həddini keçib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, həmin tarixdə hökumətin borcunun məbləği 32,265 trilyon dolları keçib, hökumətlərarası borc isə 7,781 trilyon dollara çatıb.

Bununla, ABŞ-nin ümumi dövlət borcu 40,047 trilyon dollar olaraq hesablanıb.

ABŞ-nin dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dollar səviyyəsini keçib. Ölkənin dövlət borcunun 5 ildən az müddətdə 10 trilyon dollar artması diqqət çəkir.

Pandemiya dövründə stimullaşdırıcı paketlər, faiz xərclərinin artması və vergi endirimləri kimi amillər bu artıma təsir edib.

ABŞ hökumətinin borcu bu ilin əvvəlində 38,4 trilyon dollar olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026