Fransada bir həftədən çoxdur ki, münasib qiymətə yanacaq tapmaq çətinləşib.
Bakıvaxtı.az “Actu.fr”ə istinadən xəbər verir ki, bir litr benzinin qiyməti tarixi maksimuma yüksəlib, dizel isə 2026-cı ilin aprelindən bəri görünməmiş rekord səviyyəyə çatıb. 17 sentyabr tarixində “SP95”in orta qiyməti 2,22 avro/L, dizelin isə 2,36 avro/L təşkil edir. Yanacaqdoldurma məntəqələrində benzin üçün qiymətləri 1,99 avro/L, dizel üçün isə 2,25 avro/L səviyyəsində saxlayan “TotalEnergies” neft emalı zavodunun stansiyalarının əksəriyyətində ehtiyatlar tükənib. Hökumətin məlumatına görə, 16 sentyabrda Fransadakı yanacaqdoldurma məntəqələrinin 10%-də ən azı bir növ yanacaq tükənib və bunların böyük əksəriyyəti “Total” stansiyaları olub.
Neft-kimya nəhəngindən daha ucuza yanacaq satan bir neçə nadir yanacaqdoldurma məntəqəsi tapmaq mümkün olsa da , hesablamalarımıza görə, indi bütün ölkə üzrə bunları barmaq ilə saymaq olar. Ötən həftə 1200 yanacaqdoldurma məntəqəsi tükənib. Hazırda 1800-dən çox stansiyada ən azı bir, hətta bir neçə yanacaq çatışmazlığı var. Son bir ildə yanacaq qiymətləri dizel üçün 44%-dən çox , “SP95” üçün isə 28%-dən çox artıb , yəni müvafiq olaraq litr üçün +72,7 sent və +49 sent təşkil edib.
Aydın
















