Bu gün İranda 2025-ci ilin dekabrında keçirilən etirazların iştirakçısı olan Əfqanıstan vətəndaşı Qaim Hüseyni dar ağacından asılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Onlayn” məlumat verib.
Agentlik etirazçını “xarici vətəndaş” kimi təqdim edib və “Əlixani Meydanı” cinayət işində ittiham olunduğunu bildirib.
Habelə, ona qarşı “silah gəzdirmək”, “ictimai təhlükəsizliyi pozmaq”, “milli təhlükəsizliyi təhdid etmək” kimi ittihamlar da irəli sürülüb.
Bakı 



