• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır     

SİYASƏT

20 Avqust 2026 | 12:36

Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır     

Azərbaycan həbsxanasında saxlanılan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan hökumətinin nümayəndələri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, “News.am”ın məlumatına görə, görüşdə Ermənistan Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Humanitar Məsələlər Departamentinin, Əsirlər, Girovlar və İtkin Düşmüşlər üzrə İdarələrarası Komissiyanın və Ombudsman Aparatının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Zonabendin beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək təşəbbüsü müzakirə olunub. Zonabend iyulun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayaraq belə bir səfər etmək niyyətində olduğunu açıqlamışdı. 

Onun sözlərinə görə, təşəbbüsün məqsədi sırf humanitar xarakter daşıyır. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026